Futzal üzrə Azərbaycan 1-ci liqasında 18 komanda mübarizə aparır.
Korner.az xəbər verir ki, bu liqada mübarizə aparan və Yüksək liqaya çıxmaq uğrunda iddialı klublardan olan “Marafon” heyətini iki yeni futbolçu ilə gücləndirib. Söhbət iranlı Mehdipur Kəsra və Həmid Xudayidən gedir. Bu gün “Marafon” klubunun inzibati binasında iranlı legionerlərin təqdimat mərasimi keçirilib. Tədbirdə iştirak edən klubun icraçı direktoru Samir Məmmədov qarşıya qoyulan hədəflərə çatmaq üçün hər iki idmançının onlara kömək edəcəyinə inandığını bildirib. Sonra klub rəsmisi qapıçı, 26 yaşlı Mehdipur Kəsraya və 24 yaşlı Həmid Xudayiyə “Marafon” FK-nın formalarını təqdim edib. Onların karyerasından bəhs edən Məmmədov hər iki legioner futzalçının İranın aşağı yaş qrupları üzrə yığma komandalarının şərəfini qoruduğunu qeyd edib. Müvafiq olaraq, “Fərruxi” və “Mobil Kərimi” klublarından Azərbaycana təşrif buyuran futzalçıların karyeralarını ilk dəfə İrandan kənarda davam etdirəcəyi diqqətə çatdıırılıb.
Qeyd edək ki, paytaxt təmsilçisi “Marafon”Azərbaycan futzalında kiçikyaşlı futzalçıların yetişdirildiyi nadir klublardandır.
