İspaniya Portuqaliya ilə xalları yarı böldü
15.06.2018 , 23:50

Bu gün dünya çempionatında növbəti oyunlar keçiriləcək. Azarkeşlər bu dəfə 3 qarşılaşmaya şahidlik edəcəklər.
İlk olaraq meydana Misirlə Uruqvay çıxacaq. Ardından B qrupunda mübarizəyə start veriləcək.
Günün son qarşılaşması, bəlkə də, qrup mərhələsində ilk turun ən çox maraq doğuran matçıdı. Son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gələcək. Hər iki komanda qrupu birinci pillədə bitirmək niyyətindədi. Bu gün hansı yığma qalib gəlsə, böyük ölçüdə arzusunu həyata keçirməyi bacaracaq.
Dünya çempionatı
Qrup mərhələsi, I tur
15 iyun
A qrupu
16:00. Misir – Uruqvay 0:1
Qol: Himenez 90
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Yekaterinburq, Mərkəzi arena
B qrupu
19:00. Mərakeş – İran 0:1
Qol: Buhaduz 90+5 (öz qapısına)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, “Krestovski” stadionu
22:00. Portuqaliya – İspaniya – 3:3
Baş hakim: Canluka Rokki (İtaliya)
Soçi, “Fişt” stadionu
