İrəvanda keçirilən gənclər arasında boks üzrə Dünya Çempionatında Azərbaycanın üç təmsilçisinin iştirakı ilə ¼ final döyüşləri keçirilir.
Korner.az-ın məlumatına görə, 64 kq dərəcəsində mübarizə aparan Pərviz Bağırov litvalı Eymantas Stanionisa qarşı artıq döyüşüb və 13:7 hesabı ilə qalib gəlib.
Beləliklə o, yarımfinala çıxaraq, ən azı bürünc medalı özünə təmin edib ki, bu da onun hansı medalı almasından asılı olmayaraq İrəvanda Azərbaycan bayrağının qaldırılmasına səbəb olacaq.
Qeyd edək ki, bu gün həmçinin 75 kq dərəcəsində Orxan Mayıllı Qazaxıstandan olan boksçu Daulet Bayqabatovla, 91 kq dərəcəsində Rahil Məmmədli isə ingilis Daniel Uilyamsla döyüşə çıxacaqlar.
