İquain rəsmən MLS klubunda
18.09.2020 , 20:40
“Yuventus”dan ayrılan Qonsalo İquainin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
Argentinalı hücumçu MLS təmsilçisi “İnter Mayami” ilə müqavilə bağlayıb. O, yeni klubunda 9 nömrəli formada çıxış edəcək.