Qonzalo İquain çıxış etdiyi “Napoli”nin yeni müqvailə təklifini rədd edib.
Korner.az-ın məlumatına görə, “Corriere dello Sport” xəbər yayıb.
Məlumatda bildirilir ki, klub prezidenti Aurelio de Laurentis argentinalı futbolçu ilə 2020-ci ilə qədər müqavilə imzalamaq istəyib.
Hücumçu “Napoli”nin təklifini rədd edib. Neapol təmsilçisi ilə müqaviləsi 2018-ci ildə başa çatacaq 28 yaşlı futbolçu Avropanın top-komandalarında çıxış etmək arzusundadır.
