İquain “Çelsi”yə keçir
17.01.2019 , 14:33

“Çelsi” hücum xəttini gücləndirib.
London klubu “Yuventus”dan Qonsalo İquaini icarəyə götürməklə bağlı razılığa gəlib. Argentina millisinin üzvü mövsümün sonuna kimi “mavilər”də çıxış edəcək.
Qeyd edək ki, 31 yaşlı hücumçu 2016-cı ildə 90 milyon avro qarşılığında “Napoli”dən “Yuventus”a keçmişdi. Turin klubu İquaini ötən yay satın alma şərtiylə “Milan”a icarəyə vermişdi.
