İquain cəzalandırıldı
13.11.2018 , 21:04

İtaliya Futbol Federasiyasının İntizam Komitəsi “Milan”ın futbolçusu Qonzalo İquaini 2 oyunluq cəzalandırıb
Buna onun A seriyasının 12-ci turunda “Yuventus”la matçda qırmızı vərəqə alması səbəb olub. Argentinalı hücumçu 83-cü dəqiqədə hakimlə mübahisə etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, İquain ölkə çempionatında “Latsio” və “Parma” lə görüşləri buraxacaq.
Qeyd edək ki, “Milan” – “Yuventus” oyunu Turin klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
