Yan Olde Rikerinki istefaya göndərən “Qalatasaray” yeni baş məşqçisini açıqlayıb.
Korner.az-ın məlumatına görə, İstanbul klubunun saytında xorvat məşqçi İqor Tudorla 1,5 illik müqavilə bağlandığı açıqlanıb. Müqaviləyə əsasən, xorvat mütəxəssis cari mövsümün sonuna kimi 400 min, 2017/18 mövsümündə isə 1 milyon avro qazanacaq.
Tudorun “Karabükspor”dan ayrıldığına görə bu kluba ödəməli olduğu 150 min avro dəyərində təzminat da “Qalatasaray” tərəfindən ödəniləcək.
