“Neftçi”nin futbolçusu İqor Mitreski Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb.
Korner.az-ın məlumatına görə, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı belə deyib:
“Avropa Liqasındakı hər bir oyun yeni təcrübədi. Bizim xeyli gənc oyunçularımız var. Onların hər birinə dəstək lazımdı. Hər birimiz vəzifəmizin öhdəsindən ən yaxşı şəkildə gəlməyə, bir-birimizə kömək etməyə çalışırıq. Xüsusilə də gənclərə. Sabahkı oyunda da belə olacaq”.
