Dinamo və "Bolonyi" komandaların keçmiş hücumçusu, hazırda isə "Ufa" klunun baş məşqçisi İqor Kolıvanov Azərbaycan və Rusiya matçı ilə bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, Kolıvanov Azərbaycanın bu matçda qol buraxmamağa çalışacağını bildirib:
"Futbolda əsas olan ən az top buraxmaqdır. İstəməzdim ki, bu silsilə Azərbaycanla oyunda qırılsın. Azərbaycan kimi komanda ilə oynamaq hər zaman çətin olub. Onlar güclü müdafiəyə malikdir və top buraxmamağa çalışırlar. Deyərdim ki, bu oyun Rusiya komandası üçün ciddi sınaq olacaq".