“Neftçi”nin futbolçusu İqnasio Errera komandadan ayrılıb. Bu barədə çilili yarımmüdafiəçi şəxsi İnstaqram hesabında paylaşıb edib.
“Birlikdə gözəl vaxt keçirdik, hər şey üçün təşəkkürlər “Neftçi”. Çox sağ olun” yazan futbolçu “Neftçi” ilə vidalaşıb.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandadan ayrılan və müqaviləsi artırılan futbolçular barədə gələn həftə rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, İqnasio Errera 2017-ci ilin yanvarından “Neftçi”də çıxış edirdi.
