İqbekoyinin yeni klubu məlum oldu
28.08.2018 , 10:27
“Zirə”dən ayrılan Viktor İqbekoyinin yeni klubu bəlli olub.
Nigeriyalı yarımmüdafiəçi karyerasına ABŞ-da davam edəcək. O, II Liqa təmsilçisi “Nort Kalorina”ya keçib
Qeyd edək ki, 31 yaşlı futbolçu Azərbaycanda 12 il ərzində çıxış edib. Təcrübəli futbolçu “Zirə”dən başqa, “Turan”, “Qarabağ” və AZAL-ın da şərəfini qoruyub.
Əlavə edək ki, İqbekoyi “Zirə” tarixində ən çox oyun keçirmiş futbolçudu.