İtaliya millisinin sabiq üzvü Filipo İnzaqi karyerasını “Venesiya”da davam etdirəcək.
Korner.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis komandanın baş məşqçisi təyin olunub.
İnzaqi yeni komandasındakı işinə iyulun 1-də başlayacaq. Onun komandası yeni mövsümdən İtaliya C Seriyasında mübarizə aparacaq.
