Adil Rami “Milan”dakı karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, fransız futbolçu qeyd edib ki, “Milan”da qalması üçün klubda baş məşqçi dəyişikliyi olmalıdır:
“Milan”la hələ 2 illik müqaviləm var. Amma gələcəyim haqda qəti qərar qəbul etməmişəm. Başqa komandaya keçidim də istisna deyil. Əgər İnzagi “Milan”da qalsa, komandadan gedəcəyəm. Fransaya da qayıda bilərəm. Çempionlar Liqasını qazanmağı çox istəyirəm”.
