“Milan”ın baş məşqçisi Filipo İnzaqi “rossoner”lərin əsas məqsədini açıqlayıb.
Korner.az-ın məlumatına görə, uğursuz illər keçirən milan təmsilçisi İnzaqi ilə uğurlara inanır. İtaliya mətbuatına danışan Filipo:
“Əsas məqsədim azarkeşləri stadiona qaytarmaqdı. Komanda hazırda çətin dönəmdədi. Başa düşürəm ki, azarkeşlər qələbəyə acdılar. Amma onlar da bizə dəstək olmalıdılar. ən azından uğur üçün nə qədər çalışdığımızı görməkləri üçün”, – sözlərini qeyd edib.
