“Barselona”nın və İspaniya millisinin üzvü Andres İnyesta sıradan çıxıb.
33 yaşlı yarımmüdafiəçi İspaniya La Liqasının 7-ci turunda keçirilmiş “Las Palmas”la oyunda (3:0) zədələnib.
İkinci hissədə meydana daxil olan İnyesta matçın 84-cü dəqiqəsində zədələnərək əvəzlənib. Onun sol ayaq əzələsinin zədələndiyi və ən azı 10 gün meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, futbolçu İspaniya millisinin DÇ-2018-in seçmə mərhələsinin İsrail və Albaniya ilə oyunlarını buraxmalı olacaq.
