İnyesta Yaponiya klubundan ayrıldı
02.07.2023 , 13:21

İspaniyalı futbolçu Andres İnyesta Yaponiya “Vissel Kobe”sini tərk edib.
Korner.az xəbər verir ki, onun klubla müqaviləsinin müddəti sona çatıb.
Ötən gün isə futbolçu Yaponiya təmsilçisində vida matçına çıxıb.
39 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayından “Vissel Kobe”də çıxış edirdi.
