“Barselona”nın kapitanı Andres İnyesta sabah klubunda 600-cü rəsmi oyuna çıxacaq.
Korner.az-ın məlumatına görə, futbolçu üçün bu tarixi hadisə sabah, La Liqanın 7-ci turunun “Selta” ilə oyununda baş verəcək.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2002-ci ildən etibarən “Barselona”nın əsas komandasında oynayır. Bu müddətdə o, 29 müxtəlif mükafat qazanıb.
