Andreas İnyesta mövsümün sonunda “Barselona”dan ayrılacaq
Sabah təcrübəli yarımmüdafiəçi keçirəcəyi mətbuat konfransında qərarını rəsmən açıqlayacaq.
Qarşıdakı 3 il ərzində İnyesta Çində çıxış edəcək. O, “Çuntsin Lifan”la müqavilə imzalayacaq.
Qeyd edək ki, Andreas “Barselona”da 2001-ci ildən çıxış edir. Geridə qalan müddətdə o, Kataloniya klubunun heyətində 31 kubok qazanıb.
