Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bavariya”ya 3:2 hesablı məğlubiyyətdən sonra “Barselona”nın üzvü Andres İnyesta qarşılaşmayla bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, ispaniyal yarımmüdafiəçi rəqib komandanın ikinci hissədə daha yaxşı təsir bağışladığını deyib:
“Birinci hissəylə müqayisədə “Bavariya” ikinci yarıda daha yaxşı oynadı. Məğlub olmağımıza baxmayaraq sonda finala vəsiqə qazandıq. Hədəfimiz kuboku qazanmaqdır. Ona görə də finalda hansı komandayla qarşılaşacağımız fərq eləmir”.
