Bu gün AFFA İntizam Komitəsinin növbəti növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, AFFA yenidən klubları cəzalandırıb.
02 fevral 2014-cü il, 2013/2014
mövsümündə, XXII Topaz Premyer Liqasının XIX turunun “Neftçi” – “Simurq”
matçının 61-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki
vasitələr istifadəsi olunduğu üçün klub 1000 manat cərimə olunur (maddə 52).
02 fevral 2014-cü il, 2013/2014
mövsümündə, XXII Topaz Premyer Liqasının XIX turunun “İnter” – AZAL matçında
AFFA nüməyəndəsinə təqdim olunan oyunun videoyazısı qeyd edilmiş disk boş
olduğu üçün meydan sahibi klub 1000 manat cərimə olunur (maddə 64).
01 fevral 2014-cü il, 2013/2014
mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin XIX turunun “Bakı” – “Rəvan” oyunun 62-ci dəqiqəsində “Bakı”
klubunun 2 №-li futbolçusu Təyyar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq
cəzalanır, klub 100 manat cərimə olunur
(maddə 48).
01 fevral 2014-cü il, 2013/2014
mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin XIX turunun “İnter” – AZAL matçında “İnter” klubunun 5 futbolçusu
sarı vərəqə cəzalandıığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
03 fevral 2014-cü il, 2013/2014
mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin XIX turunun “Neftçi” – “Simurq” oyunun 90+1-ci dəqiqəsində
“Neftçi” klubunun 15 №-li futbolçusu Ruslan Sorokin idmançıya yaraşmayan
hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
22 dekabr 2013-cü il U-19 Liqasının
“Rəvan” – “Simurq” matçının 87-ci dəqiqəsində “Simurq” klubunun 18 №-li
futbolçusu Famil İbrahimxəlilov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır
(maddə 42.3).
22 dekabr 2013-cü il U-19 Liqasının
“Sumqayıt” – “Neftçi” matçının 52-ci dəqiqəsində “Sumqayıt” klubunun 18 №-li
futbolçusu Turan Təhməzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə
48).
29 yanvar 2014-cü il U-19 Liqasının
“Qəbələ” – “Simurq” matçının 20-ci dəqiqəsində “Simurq” klubunun 4 №-li
futbolçusu Şuay Hüseynov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
U-15 Liqasında iştirak edən “Vətən”
klubunun heyətində çıxış edən Səlimxan Zamanovun sənədlərinin saxta olması
aşkar edilmişdir. Bu səbəbdən də futbolçunun çıxış etdiyi bütün oyunlarda kluba
0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).