İntizam Komitəsinin növbəti qərarları açıqlandı
14.05.2019 , 15:53

AFFA-nın intizam komitəsi Topaz Premyer Liqasının sonuncu turunda baş verən hadisələrlə bağlı toplantı keçirib.
11 may 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXVIII turunun “Səbail” – “Keşlə” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 51-ci dəqiqəsində “Keşlə” klubunun 93 №-li futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
