İntizam komitəsinin iclasında 4 klub cəzalandırıldı
16.04.2019 , 17:08

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
PFL-in rəsmi saytına istinadən verilən xəbərə görə, Topaz Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Sabah” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXIV turunun “Səbail” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyun başa çatdıqdan sonra “Səbail” klubunun 1 №-li futbolçusu Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. (maddə 42.1). Futbolçuya verilmiş 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir (maddə 33).
Topaz Premyer Liqasının XXIV turunun “Keşlə” – “Qəbələ” matçının 88-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur (maddə 62).
Topaz Premyer Liqasının XXIV turunun “Keşlə” – “Qəbələ” matçının gedişində “Qəbələ” klubunun üzvü Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı “Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub, məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.
