İntizam Komitəsinin iclası – “Səbail” və “Sumqayıt” cərimələndi
03.04.2019 , 13:56

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
PFL-in rəsmi saytına istinadən verilən xəbərə görə, Topaz Premyer Liqasının XXII turunun “Zirə” – “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Təcili tibbi yardım xidmətinin nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunur (maddə 61.4).
Topaz Premyer Liqasının XXII turunun “Qəbələ” – “Sabah” matçının 90+1-ci dəqiqəsində “Sabah” klubunun 5 №-li futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXII turunun “Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunur (maddə 52).
I Divizionun XX turunun “Zirə-2” – “Sabah-2” matçının 37-ci dəqiqəsində “Zirə-2” klubunun 7 №-li futbolçusu Pərdis Fərcad Azad ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XX turunun “Səbail-2” – “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun XX turunun “Sumqayıt-2” – “Zaqatala” matçında “Sumqayıt-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 39-cu dəqiqəsində “Sumqayıt-2” klubunun 25 №-li futbolçusu Baxşəli Baxşəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XX turunun “Şüvəlan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
