İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının XIX turunun “Neftçi” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XIX turunun “Kəpəz” – “Qəbələ” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). Oyunun 17-ci dəqiqəsində “Qəbələ” klubunun 71 №-li futbolçusu Tural Məmmərzəyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XIX turunun AZAL – “Qarabağ” matçının 82-cı dəqiqəsində “Qarabağ” klubunun 88 №-li futbolçusu Elçin Rəhimli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). (PFL.az)
