İntizam Komitəsinin iclası keçirildi
12.03.2019 , 14:33

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
PFL-in rəsmi saytının verdiyi xəbərə görə, Topaz Premyer Liqasının XX turunun “Qəbələ” – “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).Oyunun 73-cü dəqiqəsində “Qəbələ” klubunun 27 №-li futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XX turunun “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). “Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 78-ci dəqiqəsində “Sumqayıt” klubunun 1 №-li futbolçusu Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2). Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur (maddə 62).
Oyunun 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunur (maddə 52).
I Divizionun XVIII turunun “Zirə-2” – “Zaqatala” matçında “Zirə-2” klubunun 4, “Zaqatala” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 87-ci dəqiqəsində “Zaqatala” klubunun 4 №-li futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XVIII turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4, “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).
“Turan Tovuz” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 55).
I Divizionun XVIII turunun “Səbail-2” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 59-cu dəqiqəsində “Qarabağ-2” klubunun 29 №-li futbolçusu Musa Qurbanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XVIII turunun “Şüvəlan” – “Neftçi-2” matçında “Şüvəlan” və “Neftçi-2” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 60-cı dəqiqəsində “Şüvəlan” klubunun 23 №-li futbolçusu Seyxan Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 86-cı dəqiqəsində “Neftçi-2” klubunun məşqçisi Fuad Əsədov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 80 manat cərimə olunur (maddə 62).
Xərək daşıyan şəxslərin yaşı əsasnaməyə uyğun olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 67).
