Bu gün AFFA-nın qərargahında Nizam-intizam komitəsinin iclası baş tutub.
Korner.az- ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, klubların əvəzedici heyətlərini arasında və I – ci divizionda keçirilən son turun oyunları müzakirə olunub, cəza tədbirləri görülüb.
22 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Turan” – “Qarabağ” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Sumqayıt” – “Neftçi” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur (maddə 40).
23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun III turunun “Şahdağ” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun III turunun “Ağsu” – “Şuşa” matçının 65-ci dəqiqəsində “Ağsu” klubunun 9 №-li futbolçusu Nicat Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
23 sentyabr 2012-ci il futzal üzrə Azərbaycan I divizionunun “Kəpəz” – “Baku Fire” matçının 21-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Nazim Heydərov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 27-ci dəqiqəsində “Baku Fire” klubunun məşqçisi Fuad Rzayev və klubun 3 №-li futbolçusu Fəyar Hüseynov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 5 oyunluq, futbolçu 4 oyunluq cəzalanır (maddə 42).
