AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Premyer Liqanın VII turunun “Simurq” – “Qarabağ” matçının 66-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Topaz Premyer Liqasının VII turunun “Sumqayıt” – “Bakı” matçının 27-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Etibar Tanrıverdiyevin hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub.
