Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan I Divizionunun XIII turunun “Neftçala” – “Qaradağ Lökbatan” matçında “Neftçala” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 67-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 17 №-li futbolçusu Novruz Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur).
Azərbaycan I Divizionunun XIII turunun “Lokomotiv” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Azərbaycan I Divizionunun XIII turunun “Tərəqqi” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 88-ci dəqiqəsində “Tərəqqi” klubunun 14 №-li futbolçusu Mətləb Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
Azərbaycan I Divizionunun XII turunun “Energetik” – “Bakılı” matçının 75-ci dəqiqəsində “Energetik” klubunun 9 №-li futbolçusu Samir Əliyevə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə göstərilmişdir. Lakin matçın vidoeyazısını izlədikdən sonra futbolçunun aqressiv deyil kobud oynadığı aşkar edilmişdir. Bu səbəbdən futbolçuya verilmiş 4 oyunluq cəza və kluba verilmiş 400 manat cərimə aşağıdakı kimi əvəz olunur:
"Energetik” klubunun 9 №-li futbolçusu Samir Əliyev 2 oyunluq cəzalanır klub 200 manat cərimə olunur..
