İntizam Komitəsinin 19 oktyabr 2011-ci il tarixli iclasında milli komandanın üzvü Vaqif Cavadov 1 (bir) il müddətinə Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılmışdı.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 09 avqust 2012-ci il tarixində futbolçu Azərbaycan “A” milli komandasının baş məşqçisi Berti Foqtsla görüşərək tutduğu hərəkətə görə məyus olduğunu bildirmiş, ondan və komanda yoldaşlarından üzr istəmişdir. Bu hadisədən sonra 10 avqust 2012-ci il tarixində Azərbaycan “A” milli yığma komanda baş administratorunun müraciətinə əsasən futbolçuya verilən cəza ləğv edilir.
