Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev cəzalanıb. Çlışdırıcı Azərbaycan çempionatının I divizionunun V turunun “Qala” ilə oyunundakı hərəkəti üzündən 5 oyunluq cəzalanıb. AFFA-nın İntizam Komitəsinin çıxardığı qərara əsasən oyun zamanı tribunadan hakimləri və matçın hakim-ispektorunu təhqir edən məşqçi komandasını 500 manat ziyana salıb.
İK yığıncağında futzal üzrə ölkə çempionatının 2 oyunu ilə bağlı da qərar verib. Güclülər dəstəsinin “Qarabağ veteranları” ilə oyununda “Azekolab”, həvəskarlar liqasının İTV ilə qarşılaşmasında “Zəfəran” iştirak etmədiyi üçün onlara 0:5 hesablı texniki məğlubiyyət verilib.
