Digər idman növləri

İntizam Komitəsi növbəti iclasını keçirdi

20.05.2019 , 14:00

17 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” matçının 25-ci dəqiqəsində “Xəzər Cənub” komandasının 24 nömrəli oyunçusu Hamid Raşidi rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, 1 oyun cəzalanır (maddə 48). Oyunun 48-ci dəqiqəsində “Xəzər Cənub” komandasının 13 nömrəli oyunçusu Amid Şocayi hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı –qırmızı vərəqə aldığına üçün 1 oyun cəzalanır (maddə 48).

 

Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı aşağıdakı qərarlar qəbul edilir:

 

“Xəzər Cənub” komandasının 12 nömərli futzalçısı Raşid Qalapur, 13 nömrəli futzalçısı Amid Şocayi, cəzalı olduğuna görə oyunu tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə, 12 ay müddətinə cəzalandırılır (maddə 38.8). Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılır (maddə 17.7).

Oyundan sonra hakimi təhqir etdiyinə görə “Xəzər Cənub”un 24 nömrəli futzalçısı Hamid Raşidi 3 oyun cəzalanır (maddə 42.1).

Son yazılar

Yuxarı