Premyer Liqanın son turunda "Qəbələ" üzərindəki səfər qələbəsindən (1:2) sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze yetirmələrinə 4 günlük istirahət vermişdi. Bu gün “Şəfa” stadionuna toplaşan komanda məşqlərə başlayıb. “İnter” sabah da “Şəfa” stadionunda məşq edəcək.
“İnter” yaranmış fasilədən istifadə edərək yoxlama matçı da keçirəcək. Martın 23-də komanda AZAL-la görüşəcək. Oyun “Şəfa” stadionunda keçiriləcək.
Azərbaycan milli komandasına çağırılan Vladimir Levin, həmçinin gənclərdən ibarət milli komandamızın məşq-toplanışına dəvət edilən Fuad Bayramov və Abdulla Abasiyev məşq prosesində iştirak etməyəcəklər.
