İnterin yetirməsi “Cenoa”da
06.01.2020 , 17:44

“Cenoa” klubu heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Bolonya”dan Mattia Destronu icarəyə götürüb. Hücumçu mövsümün qalan hissəsində “Cenoa”nın şərəfini qoruyacaq.
O, 2010/11 mövsümündə də bu komandada çıxış edib.
