“İnter”in yeni transferi sıradan çıxdı
03.03.2020 , 20:49

“İnter” klubu itkiylə üzləşib.
Korner.az xəbər verir ki, Milan təmsilçisinin yeni transferləri Viktor Mozes zədələnib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məşqdə zədələnən futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
Martın 5-də keçiriləcək “Napoli” – “İnter” matçına saat 23:45-də start veriləcək.
