big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“İnter”in yeni transferi: “Planlarımızı və vəzifələrimizi yerinə yetirmək üçün yaxşı şansımız var” – MÜSAHİBƏ

08.06.2012 , 11:21

“İnter”in yeni transferi Revaz Tevdoradze klubun rəsmi saytına müsahibə verib. Korner.az həmin müsahibəni sizə təqdim edir

– Öncə karyeranız barədə məlumat verməyinizi xahiş edirik…
– Peşəkar karyerama “Tbilisi” Futbol Klubunda başlamışam. Sonra Ukraynada Zaporojyenin “Metallurq” komandasında yarımmüdafiəçi mövqeyində oynamışam. Ukraynadan sonra vətənə qayıdıb Qorinin “Dila”, Tbilisinin “Merani” və Qaqra” komandalarında çıxış etmişəm. Bundan başqa, Latviyada “Olimps” klubuna keçmişəm. Sonra yenidən Gürcüstana qayıdıb Batuminin “Dinamo” komandasının qapısını qorumuşam, sonuncu komandam isə “Çixura” oldu.

– Son mövsümdə “Çixura” komandasıyla Gürcüstanın yüksək liqasına vəsiqə qazandınız, lakin buna baxmayaraq komandanı dəyişərək “İnter”ə keçdiniz. Maraqlıdır, bu qərar nə ilə bağlıdır?
– Mən Kaxaber Sxadadze ilə çox yaxşı tanışam, onun rəhbərliyi altında Gürcüstanın gənclərdən ibarət milli komandasında oynamışam. Mənə təklif gələndə həmən razılıq verdim. Hesab edirəm ki, bu keçid mənim karyeramın inkişafına təkan verəcək, mənə artırmağa və yeni səviyyəyə çıxmağıma kömək edəcək. Bundan başqa, mənə məlumdur ki, “İnter”in əsas qapıçısı Giorgi Lomayadır və belə bir tanınmış qapıçı ilə üz-üzə olmaq imkanı da mənim qərarıma təsir göstərdi. Saçxaradan olan komandanın – “Çixura”nın yaxşı sponsoru və yaxşı imkanları var. Ancaq karyeramı “İnter”də davam etdirmək qərarına gəldim. Belə qərar gəldim ki, mənim belə yaxşı olar.

– 24 yaşında olmanıza baxmayaraq peşəkar karyeranızda bir çox komandalarda çıxış etməyə imkan tapmısınız. Maraqlıdır, nəyə görə belə tez-tez komanda dəyişmisiniz?
– Mən Gürcüstanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış etmişəm: U-17,U-19 və U-21. Milli komandada da məni daim klublarda oynamağa vadar edirdilər, buna görə də oyun praktikasından məhrum olmamaq üçün komanda dəyişməyə məcbur olurdum. Axı gənc yaşında oyun praktikası qapıçının inkişafında böyük rol oynayır.

– Artıq bir həftədir “İnter”in heyətindəsiniz. Komanda necə təsir bağışladı və uyğunlaşma prosesi necə keçir?
– “İnter”də bir necə həmvətənlilərim çıxış edir, buna görə də uyğunlaşma ilə bağlı xüsusi problem yaranmadı. Bütün komanda çox mehribandır, mən bunu elə ilk məşqdə anladım. Ümumiyyətlə, komandada kimin yeni, kimin uzun zamandır oynadığı hiss olunmur. “İnter”də çox yaxşı və xoş atmosfer hökm sürür. Belə şəraitdə məşq etmək çox xoşdur.

– “İnter”də karyeranızdan nə gözləyirsiniz?
– Öncədən nə isə demək istəməzdim, lakin komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. Mənə göstərilən etimadı doğrultmaq üçün gücümü maksimum dərəcədə göstərməyə hazıram. Əgər mənə şans düşərsə, o zaman ondan komanda üçün faydalı istifadə edəcəyəm.

– Tezliklə “İnter” avrokuboklarda iştirak edəcək. Avropa Liqasındakı mübarizə barədə nə deyə bilərsiniz?
– Etiraf edim ki, son 2-3 mövsüm “İnter”in oyunlarını izləmişəm və demək istərdim ki, bu komandanın böyük potensialı var. Hazırda komandaya daha bir neçə yaxşı futbolçu cəlb edildi və bizim planlarımızı və vəzifələrimizi yerinə yetirmək üçün yaxşı şansımız var.

Son yazılar

To Top