İtaliyanın “İnter” klubu baş məşqçi Valter Matsarri ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, rəhbərlik uğursuz çıxışların ardından çalışdırıcını istefaya göndərmək qərarına gəlib.
“İnter” 11 turdan sonra 16 xalla İtaliya A Seriyasının 9-cu pilləsində qərarlaşıb.
“Neradzurra”nın baş məşqçi postuna isə vaxtilə “İnter”i 2004-08-ci illərdə çalışdrımış Roberto Mançini təyin olunub. Hansı ki, italyanın sonuncu iş yeri “Qalatasaray” olmuşdu.
Xatırladaq ki, “İnter” UEFA Avropa Liqasında “Qarabağ”la bir qrupda mübarizə aparır. Tərəflər arasındakı ilk görüşdən italyan klubu 2:0 hesabı ilə qalib ayrılmışdı. Cavab matçı dekabrın 11-də Bakıda keçiriləcək.
