“Dünən “İnter”in prezidenti Georgi Nikolovla görüşdüm və o, mənə heç bir problemin olmayacağını və komandanın Avropa Liqasının təsnifat mərhələsində iştirak edəcəyinə söz verdi”.
Korner.az-ın qol.az-a istinadən məlumatına görə,bu sözləri bu gün jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Maliyyə problemləri ilə üzləşən “İnter”in Avropa Liqasında iştirak edəcəyini deyən baş katib nəticənin deyil, komandanın turnirdə mübarizə aparmasının daha önəmli olduğunu bildirib:
“Əsas nəticə deyil, “İnter”in Avropa Liqasında mübarizə aparmasıdır. Anlayırıq ki, komandanın problemləri həll olunmalıdır. Növbəti mövsümdə də “İnter”i Premyer Liqada görmək istəyirik. Belə komandanı itirmək olmaz”.
Qeyd edək ki, maliyyə problemləri səbəbindən “İnter”in Avropa Liqasında iştirak edə bilməyəcəyi və onu AZAL-ın əvəzləyəcəyi iddia olunur.
