"İnter"in Avrop Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Yunanıstanın “Asteras” klubu heyətini gücləndirmək yolunda hərəkətə keçib. Korner.az-ın məlumatına görə, Tripolis təmsilçisinin təlim-məşq toplantısına iki legioner futbolçu qoşulubş Belə ki, “Asteras”ın baş məşqçisi Sakis Tsiolis amerikalı hücumçu Danni Leon və rumıniyalı müdafiəçi Klaudiodu baxışdan keçirir.
Qeyd edək ki, “İnter”lə “Asteras” Avroliqanın ikinci təsnifat mərhələsindəki ilk oyuna iyulun 19-da Bakıda, cavab matçına isə ayın 26-da isə Tripolisdə çıxacaq.
