015/2016 mövsümündə ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter”in I təsnifat mərhələsindəki rəqibi Albaniyanın “Laçi” klubudur və əsası 1960-cı ildə qoyulub.
Komanda ev oyunları 5 min tamaşaçı tutumuna malik Laçi şəhər stadionunda keçirir. Klubun sahibi Paşk Laska, baş məşqçisi isə Armando Çunqudur. Ev oyunlarında ağ-qara rəngli formalardan istifadə edən “Laçi” səfər matçlarına göy rəngli formalarla çıxır.
Ötən mövsüm ölkə kubokunu qazanan “Laçi” üçüncü dəfə Avropa Liqasında oynamaq hüququ əldə edib. Daha öncə 2012/2013 mövsümündə də ölkə kubokuna sahib çıxan komandanın Avropa Liqasında çıxışı uğurlu alınmayıb. Albaniya təmsilçisi ötən mövsüm I təsnifat mərhələsini keçsə də, növbəti mərhələdə “Ukrayna”nın “Zarya” klubuna uduzaraq (0:3, 1:2) mübarizəni dayandırıb. Komandanın növbəti sınağı məhz “İnter”ə qarşı olacaq. “Laçi”nin maliyyə problemləri ilə üzləşən “İnter”ə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.
