Avroliqanın II təsnifat mərhələsində “İnter”in rəqibi olan “Tromse” Norveç çempionatında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, XVI turda “Tromse” “Soqndal”la qarşılaşıb. Matç heç-heçə bitib – 2:2.
Hazırda “Tromse” 16 oyundan sonra topladığı 20 xalla 9-cu yerdə gedir.
Xatırıladaq ki, “İnter”lə “Tromse” arasındakı ilk oyun iyulun 18-də səfərdə, cavab görüşü isə ayın 25-də Bakıda keçiriləcək.
