Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "İnter"in rəqibi olan Yunanıstanın "Asteras" kubu Bakıya gəlib. Korner.az-ın məlumatına görə, Tripolis – İstanbul – Bakı reysi ilə ölkəmizə gələn Tripolis təmsilçisi bu gün "Dalğa Arena"da ilk məşqinə çıxacaq.
Məşqdən öncə isə hər iki komandanın mətbuat konfransı keçiriləcək. "İnter"in baş məşqçisi Kaxaber Sxadadze mətbuat önünə saat 19:30-da çıxacaq. "Asteras" çalışdırıcısı Sakis Tsiolisin mətbuat konfransı isə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "İnter" – "Asteras" matçının start fiti sabah saat 21:00-da veriləcək.
