2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” klubu artıq Türkiyənin Nevşehir bölgəsinə gedib.
Korner.az– ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda səhər saatlarında ilk məşqinə çıxıb.
Bernhard Raabın komandasında zədəli futbolçu yoxdur. Nəzərinizə çatdıraq ki, “Sumqayıt” klubu növbəti futbolçunu heyətinə qatıb.Ötən mövsümü “İnter”in heyətində keçirmiş 1992-ci il təvəllüdlü qapıçı Anar Məhərrəmovla ilkin razılıq əldə olunub. Hazırda komandanın heyətində təlim-məşq toplanışında olan adıçəkilən qolkiper ölkəyə qayıtdıqdan sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, “Sumqayıt” klubu Türkiyədə üç yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 24-də baş tutacaq görüşdə komanda ilk olaraq “Kayseri Erciyespor”la üz-üzə gələcək. Sumqayıt təmsilçisi iyulun 26-da isə “Ankaragücü” ilə qüvvəsini sınayacaq. Bernhard Raabın komandası son yoxlama oyununu iyulun 28-də Bank Asya 1-ci liqaya vəsiqə qazanmış “1461 Trabzon” klubuna qarşı keçirəcək
