“Hansısa sayt yazıb ki, meydançada çox cüzi ləkə qalıb. Yox, əzizlərim, birinci “Neftçi”nin vicdanındakı ləkə böyükdür. İkincisi, zərər kifayət qədər çoxdur. Bu vandalizm aktına görə meydançanın 65×4 metr örtüyü tamamilə dəyişdiriləcək. Bu, əsla U-17 qızlar arasında dünya çempionatına görə salınmış təzə meydança deyil. Bu meydança “İnter” klubunun mütəxəssisləri və əməkaşlarının səyləri nəticəsində düzəldilib. Buna görə “İnter” klubu tərəfindən 500 min manat pul ödənilib”.
Korner.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin prezidenti Georgi Nikolov deyib.
"Bankir"lərin başkanı Topaz Premyer Liqanın “Neftçi”yə qarşı keçirilən 24-cü turunun oyununda qonaq komandanın azarkeşlərinin meydançaya fişəng atmalarına sərt reaksiya verib. O, klubun saytında yazı dərc edərək paytaxt derbisində baş vermiş olaylara münasibət bildirib:
“Söhbət ondan gedir ki, futbolda xuliqanlıq sürətlə artır. “Eyzel” stadionundakı faciəvi hadisələr məhz bu cür insidentdən sonra baş verib".
