“Ürəkdən qonaqpərvərliyə görə çox sağ olun! Bunu mənə Finlandiya klubunun prezidenti vidalaşarkən dedi və çox haqlı idi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “İnter”in prezidenti Georgi Nikolova məxsusdur.
“Banirlər”in başçısı klubunun rəsmi saytına növbəti köşəsində Avropa Liqasının I təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” klubu ilə Bakıda 1:1 hesabı ilə nəticələnən ilk oyuna toxunub.
“İnter”in bütün işləri qonaqlarımızın unudulmaz xatirələr qalması üçün çalışdılar. Bu, həmişə belə olub. Serblər, slovakiyalılar, polşalılar, yunanlar bura gələrək, xoş qəlblə qayıdıblar. Bəli, biz onların yolunu əngəl yaratmırıq. Futbolçularımız da yaxşı ton qaydalarına əməl edirlər – inamlı qələbə əvəzinə misal üçün finlərə qonaqpərvər heç-heçə bağışladılar.
Bu, xoşagəlimli futbol adlanır. 10 qol imkanı yaradıb bunu reallaşdırmırsan və rəqibə yeganə zərbə ilə fərqlənməyə imkan verirsən…Ümumiyyətlə, “İnter”dəki bizlərin hamısı marketinq baxımdan uzaqgörən insanlarıq, intriqanı son saniyəyə kimi saxlayırıq. Əgər ciddi olsaq, məni bu futbol qonaqpərvərliyə bezdirib. Qoy, rəqiblər xoşagəlimli olsun, biz isə vicdansızlıq olmadan onları təngə gətirək. Aydındır ki, keçmişi qaytarmaq olmaz. Parlaq gələcəyə nail olmaq üçünsə Finlandiyada özümüzü qaşqabaqlı və xoşagəlimsiz qonaq kimi göstərməliyik”.
