“İnter”in oyunçusu klubunu dəyişir
18.10.2024 , 10:58

“İnter”in yarımmüdafiəçisi Nikolo Barella klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
İtaliyalı futbolçunu “Liverpul” heyətinə cəlb etmək istəyir.
Barellanın potensial transferi 80 milyon avro dəyərində qiymətləndirilir.
27 yaşlı oyunçunun “İnter”lə müqaviləsi 2029-cu ilin iyun ayınım sonuna kimi qüvvədədir.
