Sabah Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Bakıda "Neftçi"nin qonağı olacaq İtaliya "İnter"inin "ağ-qaralar" önünə çıxardacaq heyəti məlumdur.
Korner.az-ın “corriere dello sport“a istinadən verdiyi məlumata görə, Milan təmsilçisinin baş məşqçisi Andrea Stromoççoni sabah "Neftçi" ilə oyuna aşağıdakı heyətə güvənəcək:
"İnter": 1. Samir Handanoviç, 6. Matias Silvestre, 23. Andrea Ranokkia, 40. Xuan Xesus, 42. Conatan, 14. Fredi Quarin, 21. Valter Qarqano, 16. Qabi Mudingayi, 31. Alvaro Pereyra, 7. Koutinyo, 88. Marko Livaya,
Gözlənildiyi kimi A seriyasında Milan derbisini nəzərə alan Stromoçoni aparıcı futbolçuları Dieqo Milito, Kambiasso, Xavier Zanetti, Antonio Kassano, Valter Samuel və yapon Nagatomo kimi futbolçuları meydana buraxmayacaq. Bu futbolçuların sırasına zədəli Sneyder və Kivu da daxildi.
