“İnter”lə yollarını ayıran gürcü müdafiəçi Aleksandr Amisulaşvili ölkəsinin mətbuatına açıqlama verib.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu bunları söyləyib:
“Karyeramı harada davam etdirəcəyimi bilmirəm. Bakıdan iki gündür qayıtmışam. Yığma komandanın toplanışı ərəfəsində formamı qorumağım lazımdır. Baçana Sxadadze, Georgi Lomaya və Laşa Salukvadze də “İnter”i tərk edib. Onların da klubla müqaviləsinin müddəti başa çatmışdı. Hələ heç bir təklif almamışam. Amma ümid edirəm ki, tezliklə özümə yeni komanda tapacağam”.
