Topaz Premyer Liqasının XIV turunda “Simurq” Zaqatalada “İnter”ə 1:0 hesabı ilə qalib gələrək yenidən turnir cədvəlində liderliyi ələ keçirdi.
Korner.az-ın məlumatına görə, “İnter” klubunun məşqçisi Roman Cəfərov oyundan sonra öz fikirlərini bildirib.
“Komandamın oyunundan razı qaldım. Futbolçular yaxşı oynadı. İki oyunçumuz zədələndiyi üçün məcburi dəyişiklik etdim. Ona görə də oyunumuz tam alınmadı. “Simurq” yaxşı komandadır, qələbəyə layiq oyun nümayiş etdirdilər”.
