“İnter”in hücumçusu Yuri Fomenkonun “Qarabağ”la matçdan sonra Korner.az-a müsahibəsi
– Oyunla bağlı nə deyərdin?
– “Qarabağ” bizdən yaxşı oynadı. Doğrudan da, çox üstün futbol sərgilədirlər. Bu futboldu. Bəzən alınır, bəzən alınmır.
– Mövsümün startındna zəif çıxış edirdin. Artıq oyununda stabillik var.
– Bunu başa düşmək olar. Mən məşq edirəm, artırıram. Bu işdə məşqçilərim mənə kömək edirlər.
– Bu gün zəif oynamağınıza səbəb nə idi? Demək olar ki, “İnter” çempionatı yox, kuboku düşünür?
– Hər bir oyuna eyni qaydada, eyni motivasiyada çıxırıq. Çempionat və ya kubok uğrunda mübarizə aparmağımızın fərqi yoxdur.
– Zəif çıxışlarınız UEFA-nın tətbiq etdiyi sanksiyadan irəli gəlmir?
– Hər hansı sanksiyanın oyunumuza təsiri yoxdur. Sadəcə, deyə bilərəm ki, bəzən alınır, bəzən alınmır. Futbolda bu başadüşüləndir.
– Mövsüm başa çatmaq üzrədir. Öz oyunundan razısanmı?
– Öz oyunum məni razı salmır. Üzərimdə çox işləməliyəm.
